Prezident İlham Əliyev İlqar Abbasovun 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İlqar Namaz oğlu Abbasov 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilib.

Qeyd edək ki, İ.Abbasov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıdır.