Misir yığması DÇ-2018-də Çeçenistanın paytaxtı Qroznıdakı bazada yerləşəcək.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, artıq FİFA Misirin bu istəyini təsdiqləyib. Ancaq Misir yığmasının seçimi insan haqları üzrə beynəlxalq təşkilatların etirazına səbəb olub.
"Human Rights Watch təşkilatı Çeçenistan prezidenti Ramzan Kadırovu insan haqlarını pozmaqda ittiham edərək, Misirin Qroznıda yerləşməsinin qəbuledilməz olduğunu bildirib. Təşkilat Misirdən tələb edir ki, bu seçimdən imtina etsin.
FİFA-dan bu məsələyə cavab gecikməyib. Bildirilib ki, bununla bağlı araşdırma aparılacaq.