"Qarabağın sabiq hücumçusu Samuel Armenteros karyerasını MLS-də davam etdirəcək.

Unikal.org xəbər verir ki, müqaviləylə İtaliyanın "Benevento klubuna məxsus olan isveçli futbolçu ABŞ-ın "Portlend Timbers klubuna icarəyə verilib. Müqaviləyə əsasən, 27 yaşlı hücumçu bu ilin sonuna kimi MLS klubunun uğurları üçün çalışacaq. Bu barədə məlumatı "Portlend Timbersin saytı yayıb.

Xatırladaq ki, qış fasiləsində Armenterosun Hollandiyanın "Utrext klubuna icarəyə veriləcəyi barədə məlumat yayılsa da, keçid son anda baş tutmayıb.

Armenteros 2015/16 mövsümündə "Qarabağın uğurları üçün çalışıb. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub.