Azərbaycanın sərbəst güləşçiləri İranın Təbriz şəhərində böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turnirində 4 bürünc medal qazanıblar.

Unikal.org  xəbər verir ki, Coşqun Əzimov (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Roman Bəkirov (97 kq) fəxri kürsüyə yüksəlməyi bacarıblar. Onlar bu gün keçirilmiş təsəlliverici görüşlərdən qalib ayrılıblar.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.

Qeyd edək ki, "Təxti Kuboku"nda 23 ölkədən 190-a yaxın idmançı iştirak edib.