2018 Qış Olimpiya Oyunlarında qalmaqal baş verib. Cənubi Koreyada keçirilən qış olimpiadasına rusiyalı idmançıların yalnız müstəqil şəkildə qatılmasına icazə verilib.
Unikal.org xarici çətnuata istinadən xəbər verir ki, müstəqil şəkildə yarışlara qatılan rus idmançılar öz ölkələrinin bayrağını qaldırmaqdan məhrum olunub.
Ancaq Oakland şəhərindən Filip Vahuda adlı amerikalı bir gənc azarkeş dünənki açılış mərasimində Rusiyanın bayrağını qaldırıb.
usiya mətbuatına danışan həmin gənc Rusiyanı dəstəkləmək istədiyini deyib: "Çünki Viktor An və Anton Şipulin kimi idmançıların oyunlara gönədrilməsinə icazə verməli idilər. Onların burada olması çox vacib idi.