İdmanın ən böyük bəlası dopinqdir. Bu da bir çox ölkələrin yarışa qatılmasında, çıxış etməsində böyük problem yaradır.
Ümumdünya Antidopinq Agentliyinin (WADA) informatoru Qriqori Rodçenkov idmandakı dopinq problemi ilə bağlı danışıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanı WADA-ya "satan şəxs idmanın dopinqləşməsinin insan xarakterinə bağlı olduğunu deyib. O, dünyada ən azı 20 ölkənin dopinqdən istifadə etdiyini vurğulayıb:
"İdmanın nə vaxtsa dopinqsiz olacağına inanmaq mümkündür. Ancaq bu məsələnin idmanla heç bir bağlılığı yoxdur. Bu, insan xarakterinə xas olan bir xüsusiyyətdir.
Hazırda da dopinqdən istifadə edən ölkələr var. Ən azı 20 ölkə dopinqdən yararlanır. Bunun dəqiq olduğunu bilirəm.