İngiltərə Premyer Liqasının 27-ci turunda səfərdə "Nyukasla uduzan (0:1) "Mançester Yunaytedin baş məşqçisi Joze Mourinyo oyunla bağlı maraqlı açıqlama verib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında rəqibin heyvan kimi mübarizə apardığını deyərək hər kəsi təəccübləndirib:

""Nyukasl klubunun futbolçuları heyvan kimi döyüşdülər. Bunu onlara kompliment kimi deyirəm. Futbol tanrısı da bu gün onların yanında idi. Rəqib hesabda önə keçdikdən sonra meydanda canlarını qoydular. Bu, oyunda qalib gəlməyin ən yaxşı yoludur. 

Poqbanın zədə problemi yoxdu. Buraxdığımız qoldan öncə onu əvəzləmək haqqında düşünürdüm.