Ağdaş rayonunda 42 yaşlı kişi intihara cəhd edib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Binələr kəndində baş verib.

Kənd sakini, 1976-ci il təvəllüdlü Şahmuradov Sabit Binəli oğlu yaşadığı evdə özünə tüfənglə atəş açaraq intihara cəhd edib. Özünə açdığı atəş nəticəsində ağır yaralanan S.Şahmuradov Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.