Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublunun maşınına hücum edilib.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.

Avtomobilin sağ arxa qapısının şüşəsi sındırılıb. T.Yaqublu bildirib ki, maşından heç nə oğurlanmayıb.

Qeyd edək ki, T.Yaqublu bir gün əvvəl, fevralın 14-də Müsavat başqanı Arif Hacılının qərarı ilə müavinlikdən çıxarılıb.