Ermənistanın cənubunda zəlzələ qeydə alınıb.
Unikal.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, 3,3 maqnitudalı yeraltı təkanlar saat 17.02-də Yerevandan 100 km cənubda Elpin yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Zəlzələnin gücü episentrdə 5 bal təşkil edib. Təkanların ocağı 10 km dərinlikdə olub.
Zəlzələ nəticəsində dağıntılar və tələfat olmayıb.