İtaliyanın paytaxtı Romaya 2012-ci ildən bəri ilk dəfə qar yağıb.

Unikal.org musavat.com-a istinadən xəbər verir ki, məktəblərin tətil edildiyi şəhərin nəqliyyatında da axsamalar yaranıb və yolları təmizləmək üçün ordu vəzifəyə çağırılıb.

"Buran" adlı soyuq hava dalğası İtalyanın böyük qisminə qar gətirib. 6 ildə ilk dəfədir şəhərə qar yağdığını görən romalılar küçələrə axışaraq bol-bol şəkil çəkiblər. Roma bələdiyyəsi bu gün məktəblərdə tətil elan edib. Romanın öyrəşmədiyi qara görə qatar və avtobus səfərlərində axsalamar yaşanıb. Bəzi yollar isə ağacların iri budaqlarının yerə düşməsinə görə hərəkətə qapalı elan edilib. Hətta hava yollarında da kiçik miqyaslı gecikmələrin ola biləcəyi elan edilib.

Roma bələdiyyəsi şəhər sakinlərinə ehtiyac olmadıqca ictimai nəqliyyatdan istifadə etməmələri çağırışını edib. Roma küçələrini qardan təmizləmək və mümkün ola biləcək qəzaların qarşısını almaq üçün ordu iş başına çağırılıb. Küçələrdə yaşayan evsizlər də bələdiyyə və Katolik Kilisəsinə bağlı vəqflər tərəfindən qapalı məkanlara daşınır.

Digər tərəfdən, Roma üçün elə qeyri-adi bir gündə bələdiyyə sədrinin şəhərdə olmaması polemikalara səbəb olub. 5 Ulduz Hərəkatından olan bələdiyyə sədri Virginia Raggi iqlim dəyişikliyi ilə bağlı bir konqresə qatılmaq üçün Meksikaya getmişdi.

Demokratik Partiyadan Stefano Pedica isə deyib ki, "Raggi iqlimdən danışmaq üçün Meksikaya gedir, amma Romadakı avtobusları termik təkərlərlə təmin etməyi unudur. Nəticə? Hər zamankı kimi xaos....