Təhlükəsizlik Müdirliyi əməkdaşları fahişəliklə mübarizə çərçivəsində bir evə basqın edib. Hadisə Türkiyənin Karabük şəhərində baş verib. Unikal.org xəbər verir ki, basqın zamanı Azərbaycan vətəndaşları nəzarətə alınıb və ölkədən çıxarlılıb.

Belə ki, Azərbaycan əsilli Z.M. adlı qadının yaşadığı ünvana basqın edilən zaman daha 5 nəfəs saxlanılıb.

Onlardan 2 nəfərin müştəri olduğu bəlli olub.

Araşdırmalar zamanı məlum olub ki, M.İ., L.İ. və U.M. adlı 3 azərbaycanlı qadınlar ev sahibi Z.M tərəfindən 100 tl qarşılığında fahişəliyə cəlb olunur. Həmin 3 qadın Türkiyəyə qeyri-qanuni yolla daxil olub.

Polis bölməsinə aparılan və ifadələrialınan Azərbaycan vətəndaşlarına- 4 qadına və 2 kişi müştəriyə fahişəliklə məşğul olduqları üçün pul cəzası kəsilib. Hər biri 521 tl pul cəzası ödəməli olub.

İfadələri alındıqdan sonra müayinədən keçirilən 4 azərbaycanlı qadın ölkədən xaric edilib.