İngiltərənin Brinqton kəndində yaşayan Eli İnk adlı gənc oğlan görünüşü ilə hər kəsi heyran edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı Eli 10 ildir bədəninə döymə etdirir.
İnk bu illər ərzində o qədər döymə etdirib ki, indi onun bədənində boş yer belə tapmaq çətindir.
Xüsusən qara rəngdən istifadə etməyi sevən İnk əvvəlcə əl və ayaqlarını, daha sonra üzünü qara rəngə boyadıb. Lakin bununla da razı qalmayan gənc oğlan gözlərinin bəbəyini də qara etdirərək "zənci halına dönüb.
Dodaqlarına persik taxdıran Eli bu cür qeyri-adi görünüşündən razı olduğunu və bu hala düşməkdə Pikassonun rəsmlərindən ilhamlandığını dilə gətirib.
Gənc oğlansevgilisinin olduğunu və onunla evlənməyə hazırlaşdığını bildirib.