"Nazir İbrahim Qazıbəyovun evində və rəhbərlik etdiyi nazirlikdə Federal Təhlükəsizlik Xidməti tərəfindən axtarış aparılıb".

Unikal.org "İnterfaks"-a  istinadən  xəbər verir ki, ancaq Rusiyanın Dağıstan Respublikasının memarlıq və mənzil-kommunal təsərrüfat naziri vəzifəsini müvəqqəti icra edənbu şəxsi nə yaşayış, nə də iş yerində tapmayıblar.

İ.Qazıbəyovun artıq ölkəni tərk etdiyi və hazırda Ukrayna ərazisində olduğu bildirilir.

Qeyd edək ki, İ.Qazıbəyov Dağıstan Respublikasının sabiq baş naziri, hazırda həbsdə olan Abdusamad Həmidovla əlbir olaraq insanların qəzalı vəziyyətdəki mənzillərdən köçürülməsi prosesində ünvanlı proqramların icrası zamanı qiymətləri şişirtməkdə şübhəli sayılır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.