Azərbaycanlı aktrisa və müğənni Fatimə Abasquliyeva teatr rejissoru Mark Rozovskinin 12 il qabaq onu intim əlaqəyə məcbur etdiyini deyib.
Unikal.org-un rus mətbuatına istinadən verdiyi xəbərə görə o, bu barədə televerilişlərdən birində danışıb.
Fatimə Abasquliyeva bildirib ki, bu hadisə o, tələbə olan vaxtı baş verib: "Üçüncü kursda oxuduğum dövrlərdə xalq artisti, professor Mark Qriqoryeviç Rozovskinin emalatxanasına getmişdim. O, məni çox isti qarşıladı. Bir dəfə isə dedi ki, teatrdan kənarda mənim karyeram barədə danışmaq istəyir. Onun dediyi ünvana gəldim, biz görüşüb bir binanın zirzəmisinə getdik. O, məni tərifləyib dedi ki, mənə sahib olmaq istəyir.
Fatimə Abasquliyeva bu barədə danışmaq üçün yalnız indi özündə güc tapıb.
Bundan sonra Rozovskionu çarpayı olan otağa aparıb. Aktrisa bir çox detalların yaddaşından silindiyini deyib. O, sonradan rejissorla yaşadığı intim əlaqəni unutmağa çalışıb.