Misirdə qəribə hadisə baş verib. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənni Şirin Əbdül Vahab Nil çayı ilə bağlı zarafat edib. Onun bu zrafatı başına bəla olub. Belə ki, bu zarafata görə, hakim qarşısına çıxarılan ifaçı 6 aylıq həbs cəzası alıb.

Məlumata görə, o, zarafatla Nil çayındakı suyun çirkli olduğunu söyləyib: "Nilin suyunu içsək, orqanizmimizdə çox sayda bakteriyalar, mikroblar meydana gələcək. Ondansa satılan mineral sudan istifadə edək.