Dünən Əfqanıstanın cənubunda "Taliban" radikal hərəkatının silahlıları tərəfindən qaçırılan 30 nəfərdən 9-u sərbəst buraxılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, silahlılar dünən Qəndəhar və Uruzqan əyalətləri arasındakı avtomobil yolunda hərəkət edən avtobusa hücum edib, sərnişinləri qaçırıblar. Qaçırılan şəxslərin kimliyi müəyyənləşdirilməyib.

Qaçırılan insanların bəziləri Uruzqan əyalətində sərbəst buraxılıb.