Dubay hava limanında şübhəli şəxsləri tanıya bilən və onların fəaliyyəti barədə məlumat toplayan robot istifadəyə veriləcək.

Unikal.org xəbər verir ki, Dubay Gömrük Xidməti ilk belə robotu sınaqdan keçirib.

Qeyd olunur ki, həmin robot üzləri tanıya bilir, rentgen yoxlaması həyata keçirir və toplanan məlumatları xüsusi mərkəzə ötürür.

Məlumata görə, robot-polis aeroportun daxil olan uçuşlar bölməsində işə salınacaq.

Bildirilir ki, hər hansı bir təhdidin olmadığı təqdirdə robot-polis hava limanındakı sərnişinləri salamlayacaq.