Model Şudu Qram "Yaşayan Barbie" olaraq İnstaqram fenomeninə çevrilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, qüsursuz bədən quruluşu, parlaq qara dəri rəngi və gözlərinə görə sosial şəbəkədə çox məşhurdur.

İlk dəfə fotoqraf Kameron Ceyms Vison tərəfindən kəşf edilən model daha sonra bir çox markalardan təklif alıb.

O, hətta Rihannanın kosmetika markası "Fenti Beauty"nin də simasıdır.

Qramın şəkillərini görən izləyicilərdən bəziləri onun canlı və ya gəlincik olduğunu belə ayırd edə bilmirlər. Məhz, bu səbəbdən ona "Yaşayan gəlincik" adı veriblər.