Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı martın 1-də həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı 8 türk əsgəri şəhid olub, 13 nəfəri isə yaralanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən verdiyi görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bununla da Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb.

Məlumatda ötən gün ərzində aparılmış əməliyyatlarda 23 terrorçunun zərərsizləşdirildiyi qeyd olunur.