Hakim Respublikaçılar Partiyasının namizədi Armen Sarksiyan Ermənistanın yeni prezidenti seçilib.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, martın 2-də ölkə parlamentində prezident seçkisi üzrə səsvermə keçirilib.

Müxalifət sayılan "Tsarukyan fraksiyası hakimiyyətin namizədini dəstəkləyib. Başqa bir müxalif blok "Çıxışın isə namizəd irəli sürmək üçün parlamnetdə yetərincə depatatı yoxdur.

Səsvermədə parlamentin 105 deputatından 101-i iştirak edib. Onlardan 90-ı Armen Sarksiyanın lehinə, 10-u isə əleyhinə səs verib.