Türkiyə Silahlı Qüvvələrinin ötən gecə Afrində baş verən şiddətli döyüşlərdə 8 şəhid verməsi ölkədə dərin hüzn və kədərə səbəb olub.

Unikal.org xəbər verir ki, Türkiyə mətbuatı xain hücum nəticəsində şəhid olan türk əsgərləri barədə məlumatları oxucularla paylaşıb.

Dənizlidən olan jandarma Məhməd Dinəyin şəhid edilməsi xəbərini eşidən yaxınları şəhidin evinə axın edib. Evin ətrafı türk bayraqları ilə bəzədilib. Şəhid əsgərin təxminən 5 ay əvvəl nişanlandığı və evlənməyə hazırlaşdığı bildirilib.

Jandarma Uğur Palancının şəhadət xəbəri təqaüddə olan keçmiş polis əməkdaşı olan atası İhsan Palancı və anası Yasəmən Palancını kədərə boğub. Şəhidin ata ocağı dəstək nümayiş etdirmək üçün gələn insanların axınına məruz qalıb. Şəhid Uğur Palancının Mardin şəhərindən olan ailənin 3 övladından ortancılı və subay olduğu bildirilib.

Afrinin düzənlik hissəsində terrorçularla baş verən qarşıdurma zamanı şəhid olan əsgərlərdən daha biri - jandarmaArif Dəmirəlin nəşi ailəsinə təhvil verilib. Dəmirəlin Afrinə getməzdən əvvəl sosial şəbəkə hesabında paylaşdığı "Nəsibimizdə varsa, sevdiklərimizə geri qayıdarıq, tapşırıq başlasın fikri şəhidin vətən sevgisini bir daha nümayiş etdirib. Arif Dəmirəl ötən ilin sentyabr ayında nişanlanıb. Nişanlısı Ruqiyyə Çəkirdəklə 30 avqust 2018-ci il tarixinə toy mərasimi təyin edilmişdi.

JandarmaBurhan Açıqqolötən həftə ailəsini ziyarət etdikdən sonra Afrinə yola düşüb. Şəhidin yaxın dostları Burhan Açıqqolun Afrinə yollanmadan əvvəl "Afrinə şəhid olmağa gedirəm dediyini bildirib. Şəhidin otağında isə "Səy göstərmək bizdən, zəfər Allahdan yazısı olduğu qeyd olunub.

Ötən gecə Afrində şəhid olan jandarmaAbdullah Taha Qoçun da nəşi doğulduğu Konya şəhərinə göndərilib. Şəhidin ötən gün 23 yaşını qeyd etdiyi məlum olub. Taha Qoç döyüşə yollanarkən "Ölümsüzlüyü daddıq" adlı şeirdən bir parça söyləyib.

Allah məkanlarını cənnət etsin!(axar.az)