ABŞ-ın Miçiqan ştatında universitetdə silahlı insident baş verib.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Maunt-Plezant şəhərində qeydə alınıb.

İlkin məlumata əsasən, insident nəticəsində 2 nəfər ölüb. Hadisə ilə əlaqədar bir nəfərin axtarıldığı bildirilir.

Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.