Ukraynanın paytaxtı Kiyevdə, parlament binası yaxınlığında salınan çadır düşərgəsinin ətrafında polislə etirazçılar arasında toqquşmalar yaşanıb.
Unikal.org azertac-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qarşıdurma nəticəsində 100-dən artıq insan saxlanılıb. Qarşıdurma zamanı 4 polis və bir neçə etirazçı xəsarət alıb.
Məlumata görə, çadır düşərgəsində axtarışlar zamanı hüquq mühafizə orqanlarının əməkdaşları döyüş mərmiləri tapıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.