Hazırda dünyada olduğu kimi, Azərbaycanda da universitetlərin əksəriyyətində klassik fakültələr fəaliyyət göstərir. Lakin bu, dünya universitetlərində fərqli fakültələrin olmadığını mənasına gəlmir. Avropa və Amerikanın ən məşhur universitetlərində belə maraqlı bölmələr mövcuddur.

Unikal.org  azedu.az-a istinadən həmin fakültələri təqdim edir:

"Macəra" fakültəsi- Dörd il ərzində dərs dinləmək istəməyən şagirdlər, Plymouth Universitetində macəra təhsili ala bilərlər. Extremal idman dərsləri və ekstremal şəraitlərə uyğun gələn ixtisaslar bu fakültələrə daxildir;

"Marixuana yetişdirilməsi" fakültəsi- Kaliforniyada Oakland Universiteti tibbi ehtiyacları üçün marixuana yetişdirilməsini tədris edən fakültə mövcuddur;

"Boulinqin idarə edilməsi" fakültəsi- Karyerasını boulinq üzərinə qurmaq istəyən tələbələr üçün Vincennes Universitetinin 'bouling tədrisi" fakültəsi fəaliyyət göstərir;

"Şərab istehsalı" fakültəsi- Bir çox əyalətlərdə içkidən istifadəyə müəyyən yaş həddi qoyulsa da, ABŞ-da 21 yaşınızı gözləməyə ehtiyac yoxdur. Şərab istehsalını öyrənmək üçün Cornell Universitetinin şərab istehsalı fakültəsinə müraciət edə bilərsiniz.

"Folklor və mifologiya" fakültəsi- Tarix haqqında daha çox bilgi əldə etmək istəyən tələbələr Harvard Universitetinin "Folklor və mifologiya" fakültəsini seçə bilərlər;

"Komediya: mətnyazma və performans" fakültəsi- Kifayət qədər zarafatcıl olduğunu düşünən şagirdlər Kanadada yerləşən Humber Universitetində bunun təhsilini ala bilərlər;

"Beatles tarixi" fakültəsi- Universitetə -‹-‹gələnə qədərki dövrünü "Beatles" pərəstişkarı olaraq keçirənlər İngiltərədə Liverpul Universitetində "Beatles tarixi" fakültəsinə müraciət edə bilərlər;

"Populyar mədəniyyət" fakültəsi- Televiziya serialları, filmlər, avtomobillər, musiqi, bayram və jurnallar kimi mövzularla ilə bütünləşmiş olan şagirdlər üçün Boulinq Green Dövlət Universitetindəki məşhur mədəniyyət bölümü ideal.

"Kazino sənayesi mühəndisliyi və dizaynı" fakültəsi- Kazino dizaynı və ya yeni oyunlar tapmaq kimi marağı olanlar varsa, kazino dünyasının mərkəzi olan Nevada, Las Vegasdakı universitetdə təhsil ala bilərlər.

"Cinsi özəlliklərin araşdırılması" fakültəsi- Cinsəlliyin dərinliklərini araşdırmaq istəyən tələbələr San Francisco Dövlət Universitetini seçə bilərlər.