Tramp Avropanı vergi ilə hədələyib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, prezident Donald Tramp şəxsi "Twitter" səhifəsində ABŞ-a gətirilən Avropa avtomobillərinə vergi qoyulacağını qeyd edib:
"Əgər Avropa İttifaqı orada çalışan Amerika şirkətləri üçün onsuz da böyük olan tarifləri və maneələri daha da artırmaq istəyirsə, biz onların ABŞ-a sərbəst gətirilən avtomobillərinə vergi qoyacayıq".
Qeyd edək ki, hazırda ABŞ Avropa avtomobillərinin satışı üçün ən böyük bazardır. ABŞ-a gedən Avropa avtomobillərinin yarısı Almaniyada istehsal olunur. Beləliklə, vergi tətbiq olunarsa ən böyük zərər Almaniya şirkətlərinə dəyəcək.
Avropa İttifaqında istehsal olunan avtomobillərin 25 faizi ABŞ-a gedir. Avropa avtomobillərinin ABŞ-da satış həcmi ildə 237 milyard dollar təşkil edir.