Bir müddət öncə zədələnən Neymar əməliyyat masasına uzanıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, PSJ-nin oyunçusunun əməliyyatı Belu-Orizonti qospitalında gerçəkləşib. Əməliyyatı Braziliya yığmasının həkimi Rodriqa Lamar edib.
İlkin məlumata görə, əməliyyat uğurlu alınıb. 6 həftədən sonra Neymarın zədəsi ilə bağlı baxış keçiriləcək. Məhz ondan sonra futbolçunun nə vaxt tam bərpa olunacağı bilinəcək.
İlkin ehtimallara görə, onun 3 ay meydandan kənarda qalacağı deyilir. Futbolçunun yalnız dünya çempionatına qədər tam bərpa olunacağı proqnozlaşdırılır.