Türkiyə silahlı qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində məhv etsiyi terrorçuların sayı açıqlanıb. Məlumata görə, əməliyyatların başladığı 20 yanvar 2017-ci il tarixindən bəri zərərləşdirilən terrorçuların sayı 2612 nəfərə çatıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.

Türk ordusu əməliyyat çərçivəsində mühüm bir mərhələ kimi qiymətləndirilən Raco mahalında nəzarəti tam ələ keçirib.

Raco mərkəzi istiqamətində aparılan əməliyyat 8 saat davam edib. Beləliklə Raco, Bülbüldən sonra ələ keçirilən ikinci böyük mahal olub.