Təcili Tibbi Yardım həkimlərinə hücum çəkilib. Hadisə Tükiyənin Adana şəhərində baş verib.

Unikal.org Türkiyə mediasında istinadən xəbər verir ki, Təcili Yardım əməkdaşları xəstə xəbəri ilə gələn zəngdə qeyd edilən ünvana yollanıb. Həmin ünvandakı 4 nəfər itlərinin öldüyünü söyləyərək xəstəxanaya aparılmasını tələb edib. 

Bu zaman təcili yardım əməkdaşları ölən iti xəstəxanaya apara bilməyəcəklərini deyiblər. Həmin 4 nəfər küt alətlərlə ambulansdakı tibb işçiləri 52 yaşlı Ümid Koçak və 26 yaşlı Baran Qayaya hücum çəkiblər.

Hadisə yerinə xeyli sayda polis əməkdaşları gəlib. Xəstəxanalıq olan həkimlər ilkin müayinədən sonra hadisə ilə bağlı polisə şikayət ərizəsi yazıblar. Həkimlərə bıçaqla hücum edən şəxslərin sərxoş olduğu deyilir.