İranın mərkəzi bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yeraltı təkanların episentri Bafq şəhərindən 56 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.