Almaniyanın Zultsbax kommunasında yeniyetmənin məktəbdə qaz balonundan istifadə etməsi nəticəsində onlarlaşagirdin tənəffüs yollarında problemlər yaranıb.
Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Mayn-Taunus rayonunun polisi məlumat yayıb.
Bildirilir ki, şagirdlərdən biri məktəbin foyesində qaz balonundan istifadə edib. Nəticədə şagirdlərin tənəffüs yollarında problemlər yaranıb. Hadisə zamanı 10 şagird (10-15 yaş arası) xəstəxanaya yerləşdirilib, digərlərinə məktəbdə tibbiyardım göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.