İtaliyanın sabiq baş naziriMatteo Renziİtaliya Demokratik partiyasının sədrivəzifəsindən istefa verdiyini bəyan edib.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu M.Renzi Romada keçirdiyi mətbuat konfransında bəyan edib.

"Təbii ki, parlament seçkilərinin nəticələrinə görə partiyanın sədri vəzifəsini tərk edirəm, deyə M.Renzi bildirib.

Qeyd edək ki, martın 4-də İtaliyada baş tutan parlament seçkilərində M.Renzinin partiyası məğlub olub.