Ukraynanın Jitomir vilayətində fərdi yaşayış evində 8 nəfər dəm qazından zəhərlənərək ölüb.
Unikal.org-un "112 Ukraynaya istinadən verdiyi məlumata görə, hadisə Berdiçev şəhərində qeydə alınıb.
Məlumata görə, hadisə yerində 2-si uşaq olmaqla 8 nəfərin meyiti aşkarlanıb. Onlardan 6-nın bir ailənin üzvü olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.