Fransa paytaxtının restoranlarından birində iki naməlum şəxs qılıncla kişini skalpını (baş dərisini) soyub.

Unikal.org bildirir ki, bu barədə "RİA Novosti" Fransa KİV-ə istinadən məlumat yayıb.

İnsident Parisin onuncu dairəsində qeydə alınıb.

Zərəçəkəninin baş dərisi soyulub, bir qolu və digər əlinin biləyi kəsilib. İşgəncəyə məruz qalmış 35 yaşlı Şri-Lanka sakinin hazırda xəstəxanada ağır vəziyyətdə olduğu bildirilir.

Məlumata görə, cinayəti törədənlər elə zərərçəkənin həmyerliləri olub. Polis insidentin qisas zəminində baş verdiyini istisna etmir.