İzmirin Konak əyalətindəki otellərin birində baş verən yanğın əhalini qorxuya salıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı insanlar təlaşla oranı tərk etməyə çalışıb. Ən dəhşətlisi isə iki qadın xilsas olmaq üçün özlərini pəncərədən avtomobilin üzərinə atıblar. Bu zaman onlar ağır yaralanıb. Tüstüdən zəhərlənənlər və yaralılar təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya aparılıb.

Hadisə yerinə yanğınsöndürmə və xilasetmə qrupları göndərilib və alov söndürülüb. Otel rəhbərliyinin də bildirdiyinə görə, baş verən yanğından sonra otelə ciddi ziyan dəyib.