Əfqanıstanın Kandaqar əyalətində, Pakistanla sərhəddə silahlılar polis bölməsinə hücum edib.
Unikal.org xəbər verir ki, "İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 polis əməkdaşı həlak olub, 4-ü yaralanıb.
Məlumata əsasən, əvvəcə terrorçu-kamikadze polis bölməsinin qarşısında özünü partladıb. Daha sonra 3 silahlı bölməyə daxil olaraq asayiş keşikçilərinə atəş açıb. Əfqanıstan polisi silahlıların məhv edildiyini bildirib.
Hələlik heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.