Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı əməliyyat çərçivəsində daha bir strateji məntəqə ələ keçirilib.
Unikal.org TSQ-nin yaydığı məlumata istinadən bildirir ki, Türkiyə silahlı qüvvələri Cinderes rayon mərkəzini terroristlərdən təmizləyib.Cinderes rayon mərkəzi olan bu şəhər Afrin bölgəsində ikinci ən böyük şəhərdir.Məlumatda o da qeyd edilir ki, hazırda döyüşlər davam edir. 
Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vyanada jurnalistlərə açıqlamasında bildirib ki, Afindəki "Zeytun budağı əməliyyatı isə may ayınadək başa çatacaq. Qeyd edək ki, "Zeytun budağı əməliyyatı 2018-ci il yanvarın 20-də başlayıb.