"8 mart Beynəlxalq qadınlar günü"ndə tanınmış müğənni Şəbnəm Tovuzlu həyat yoldaşı Hacı adlı şəxsin hədiyyə etdiyi bahalı brilliant qaşla bəzədilmiş üzüyününün görüntülərini sosial şəbəkədə paylaşıb.

Bu isə izləyicilərin böyük marağına səbəb olub. Üzüyün qiyməti bir çoxlarına sirr qalıb.

Unikal.org Şəbnəm Tovuzlu ilə əlaqə saxlayıb. O, həyat yoldaşının bahalı hədiyyə almasını təsdiqləyib. Bildirib ki, üzüyün 4000 manat qiyməti var.Bundan başqa həyat yoldaşım mənə 1500 manat dəyərində gül də hədiyyə edib:

"Biz müğənniyik. Sevincimizi pərəstişkarlarımızla bölüşə bilərik. İnsanların bunu niyə belə qabartdığını anlamıram. Xanımlar bu gündə hədiyyə ala bilərlər. Burda şişirdilməli nə var ki? Mən buna görə instagramda həmin hədiyyənin videosunu paylaşanda şərh bölməsini bağlamışdım ki, istəməyən insanlar xoşagəlməz şərh yazmasınlar.



Famil Fərhadoğlu