Bu gün "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişinin daha bir buraxılışı baş tutub.
Unikal.org xəbər verir ki, bu gün verilişdə "İşgüzar xanımlar mövzusu müzakirə olunub.
Verilişin qonağı müğənni Nura Suri qız övladları ilə, oğlanlar arasında fərq qoyulmasından danışıb:
"Uşaqlıqdan görürdüm ki, oğlan övladlarına münasibət, qız övladlarına olan münasibətdən fərqlidir.
Biz analar oğlan uşaqlarını o qədər ilahiləşdiririk ki, sonra özümüz ikinci planda qalırıq. Sanki, kişiyə hər şey olar, qadınsa ikinci planda olmalıdır.
Əslində nə qədər müasir olsaq, yenə də belədir. Boşanmış kişiyə münasibət normal olsa da, boşanmış qadına söz gəlir.
Verilişin ilərləyən dəqiqələrdində Nura Suri Funda Ararın "Səndən öyrəndim mahnısını ifa etməsiylə bağlı da danışıb:
"Mən bu yaxında Türkiyədə oldum. Qardaş ölkədə mənə dedilər ki, "bu mahnını Funda Arardan alaq sizə verək. Siz oxuyun. Bunu onlardan eşitmək mənim üçün həqiqətən çox xoş oldu.