Türkiyədə Azərbaycanlı nəsli kəsilməkdə olan heyvanları qeyri-qanuni yolla bu ölkəyə keçirərkən saxlanılıb.
Unikal.org xəbər verir ki, hadisə Qars şəhərinin Sarıkamış rayonunda baş verib. Belə ki, Sarıkamış mahalı Karakurt Jandarma Polis bölməsinin əməkdaşları bu ölkəyə daxil olan bir sərnişin avtobusuna baxış keçiriblər.
Polisin apardığı axtarış nəticəsində, Azərbaycan əsilli A.H-ya aid, ölkəyə qeyri-qanuni yollarla gətirilmiş 3 ərəb kəkliyi və 31 bağırtlak quşu ələ keçirilib.
Türkiyənin Meşə və Milli Parklar İdarəsinin Qars şöbəsinin əməkdaşları A.H-yə 20 min 219 lirə cərimələyiblər.
Sözügedən heyvanlar isə, Qafqaz çöl heyvanının Reabilitasiya Mərkəzinə təhfil verilib.