"Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə yayımlanan "Yerimdəyəm verilişi "yel çərşənbəsi"nə həsr olunub. Elə mövzu da məşhurların uşaqlıq illərində bayramı necə keçirməsi ilə bağlı olub.
Unikal.org xəbər verir ki, verilişin qonağı müğənni Xuraman Şuşalı "papaqatmala ən çox bayram payını özünün yığdığını deyib:
"Mən oğlan kimi idim. Doğulduğum Şuşada mənimlə eyni yaşda qızlar yox, oğlanlar vardı. Özüm də uşaq vaxtı oğlanlarla dostluq edirdim. Hərəkətlərim də oğlan hərəkətləri idi. Elə bayramlarda papaqatamaya oğlanlarla gedirdim. Bax, ordan da ən çox payı mən yığırdım. Bir "meşok bayram payı yığıb gətirərdim. Yaya qədər yeyərdim.