Rusiyada yaşayan azərbaycanlı aktrisa və müğənni Fatimə Abbasquliyeva haqqında deyilən tənqidlərə cavab verib.
Unikal.org axşam.az-a istinadən məlumatına görə, Andrey Malaxovun "Canlı yayım proqramına qonaq olan aktrisa rejissor Mark Razovskinin ona təcavüz etdiyini demişdi. Onun bu sözlərinə bir çoxları inanmamış, Fatimənin özünü reklam etdiyini bildirmişdi.
Aktrisa və Fatimə ilə eyni kursda oxuyan Svetlana Markovnikova onunla ərini bir otaqda tək tutduğunu bildirmişdi. Svetlana Fatimənin onun ərini əlindən almaq istədiyini iddia edirdi.
"O, məşqlərə adi corab geyinib gəlirdi, ayağını qaldırırdı və alt paltarı geyinmədiyi görünürdü. Beləcə, diqqət çəkirdi deyə, Svetlana söyləyib.
Abbasquliyeva efirdə aktrisanın ittihamlarına cavab verməsə də, sosial şəbəkədə ünvanına yazılan təhqirlərə münasibət bildirib.
"Başa düşmürəm ki, mənim geyimimin bu hadisələrə nə aidiyyatı var? İstədiyim kimi geyinirəm. Bir libas müxtəlif qadınların əynində fərqli görünə bilər. Əgər mənim geyimim və bədən quruluşum onu əri ilə üz-üzə qoyursa, mənim nə günahım var? Mənim ürəyim təmizdir. Mən Rozovskinin təcavüzündən əvvəl qız uşağı idim. Teatrda heç kimlə öpüşməmişdim, intim münasibətdə olmamışdım. Onun ərinin və bir başqasının qarşısında sinəmi açıb qoymamışam. Onun dedikləri yalandır.
Qeyd edək ki, Svetlana Fatimə haqda "Otağa girdim ki, ərimlə Fatimə təkdir. Ərim yataqda uzanmışdı. Fatimə isə sinəsini açıq ona tərəf dönmüşdü sözlərini bildirmişdi.