Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2007-ci ildə prezident seçkilərində Liviyadan qeyri-qanuni maliyyə dəstəyi almaq iddiaları ilə əlaqədar istintaq üçün saxlanılıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, prezident seçkiləri zamanı siyasi kampaniyanın maliyyələşdirilməsində Livyadan aldığı qeyri-qanuni maliyələşmə hesabına qanun pozuntularında ittiham olunur.

Məlumata görə, N.Sarkozi hazırda polis tərəfindən dindirilir.

Qeyd edək ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.
Xatırladaq ki, Muəmmar Qəddafi Liviya prezidenti olub. O, 41 il Liviyanı idarə edib. O, 2011-ci ilin oktyabr ayında xalq üsyanı nəticəsində öldürülüb. Nikola Sarkozinin hakimiyətə gəlməsində ona böyük maliyə dəstəyi verdiyi deyilir.