"Rusiya ABŞ-ın strateji düşməni olmağı qərara alıb. 

Unikal.org-un  "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə  Pentaqonun rəhbəri Ceyms Mettis bildirib.   

 

"Biz həmişə Rusiya ilə mümkün olan sahələrdə əməkdaşlıq etmək istəmişik. Təəssüf ki, onlar ABŞ-ın strateji düşməni olmağı qərara alıblar. Böyük Britaniya, Ukrayna, Krımda baş verənlər buna təsdiqdir. Siyahını davam etdirmək də olar, - deyə C.Mettis qeyd edib.

 

Onun sözlərinə görə, ABŞ əvvəlki kimi Rusiya ilə dialoqa açıqdır: "Biz stabillik və sülh istəyirik. Bununla belə, biz demokratik təsisatlarımızı da qorumaqda davam edəcəyik, - deyə Pentaqon rəhbəri qeyd edib.