Filippinin Mindoro adasında sərnişin avtobusunun yoldan çıxaraq dərəyə yuvarlanması nəticəsində azı 19 nəfər ölüb, daha 25 nəfər xəsarət alıb.

Unikal.org  "RİA Novosti"  agentliyinə istinadən xəbər verir ki, hadisə Qərbi Mindoroda baş verib. Qəza zamanı avtobusunn sürücüsü də həlak olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin digər təfərrüatı və başvermə şəraiti barədə hələlik məlumat yoxdur.