Rusiyanın Tambov şəhərində bədbəxt hadisə baş verib.
Unikal.org xəbər verir ki, bu barədə "RİA Novosti məlumat yayıb.
Xəbərə görə, şəhər ərazisində 29 nəfər qazdan zəhərlənib. Onlardan 9-nun uşaq olduğu qeyd olunur. Agentliyə verilən məlumata görə, 17 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü azyaşlıdır.
Yerli əhalinin sözlərinə görə, onlar qaz sızmasından zəhərlənib.