Dubayda 22 yaşlı rus model Yekaterina Stetsyuk qaldığı otelin 6-cı mərtəbəsindən özünü aşağıya atıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, iş adamı tərəfindən əxlaqsız təklif alan model təcavüzdən xilas olmaq üçün özünü pəncərədən atıb. Yekaterinanın onurğa sümüyü qırılsa da, möcüzəvi şəkildə sağ qalıb. O, amerikalı iş adamının onu bıçaqla hədələdiyini və cinsi əlaqəyə məcbur etdiyini bildirib.