Naməlum şəxslər Krasnodar vilayətinin rayon şurasının deputatı Artur Podolskinin maşınını atəşə tutub.

Unikal.org TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın İstintaq İdarəsindən məlumat verilib:

"Naməlum şəxs deputatın idarə etdiyi maşınına əzı üç dəfə atəş açıb. Güllələrdən ikisi deputata dəyib. Hazırda o, xəstəxanadadır.

Həmçinin qeyd olunub ki, bir neçə ay əvvəl deputatın qardaşı - sahibkar Timur Podolskiyə qarşı sui-qəsd icra olunmuşdu. Ötən ilin dekabrında mehmanxanalardan birində ona atəş açılmışdı.