İranın cənubunda 4,7 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 58 km şimal-şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.