Elçilik dava ilə bitdi, silaha əl atdılar. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

Unikal.org  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Sivas şəhərində yaşayan Fırat Y. Sivasın Ortaköy məhəlləsindən Esenlər ailəsinin qızını istəyib. Ancaq ailə onun bu istəyinə müsbət cavab verməyib. 

Gözlədiyi cavabı ala bilməyən şəxs qızın atasını, anasını və qardaşını qətlə yetirib. Sonra hadisə yerindən qaçaraq kənddəki mağazaya gizlənib. O burada da dükan sahibini və oğlunu da atəş açaraq qətlə yetrib. Buradan isə Qəhrəmanmaraş şəhərinə yollanan qatili polislər saxlayıb.

Hadisə baş verən gündən iki gün əvvəl öldürülən Tarık Esen kəndin muxtarına zəng vuraraq Fırat Y ilə aralarında böyük dava olacağını söyləyib. Kənd muxtarı Nazım Sayılqan da Esen ailəsinə kömək edib və vəkilə müraciət ediblər. Onlar prokurorluğa və polisə gedərək şikayət ərizəsi yazıblarmış.

Faktla bağlı araşdırma aparılır.